Ru
Bakı
USD
EUR
GBP
RUB

Yanvarın 10-dan 11-nə keçən gecə Ay tutulması olacaq

news photo

07.01.2020 12:58 // Cəmiyyət

Bu ilin 1-ci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından Youthportal.az-a verilən məlumata görə, bu, yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq.

Maksimum tutulma saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Belə ki, Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi