Ru
Bakı
USD
EUR
GBP
RUB

XV Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar

news photo

22.07.2019 11:50 // Cəmiyyət

İyulun 22-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci gününün güləş yarışları start götürüb.

Youthportal.az xəbər verir ki, yarışların ikinci günündə yeddi çəki dərəcəsində (4 oğlan və 3 qız) mübarizə aparılacaq.

Püşkün nəticələrinə əsasən, səkkizdəbir finalda Azərbaycan güləşçilərindən Mircavad Nəbiyev (48 kq) rusiyalı Maqomedamin Bekbulatov, Sabir Cəfərov (60 kq) macarıstanlı Marsel Deli ilə qarşılaşacaqlar.

Yunan-Roma güləşi yarışlarında səkkizdəbir finalda Qurban Qurbanov (48 kq) polşalı Kasper Karaskieviç, Həsrət Cəfərov (60 kq) isə litvalı Donatas Rindeikis ilə güclərini sınayacaqlar.

Qadın güləşində isə səkkizdəbir finalda Gültəkin Şirinova (46 kq) finlandiyalı Yutta Ala-Ranta, Mərziyə Sadıqova (61 kq) ukraynalı Manola Skobelska, dörddəbir finalda isə Lalə Mirzəyeva (49 kq) moldovalı Mihaela Samoil ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, güləşçilərimiz festivalın birinci günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Yunan-Roma güləşçilərimizdən Murad Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc, sərbəst güləşçilərimizdən isə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) gümüş medala sahib olublar.

Digər xəbərlər

Xəbər lenti

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi