Ru
Bakı
USD
EUR
GBP
RUB

XV Avropa Gənclər Olimpiya Festivalının komanda idman növlərinin qrupları bəlli olub

news photo

18.04.2019 17:26 // İdman

Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalının komanda idman növləri üzrə yarışlarının qrupları müəyyənləşib.

Youthportal.az-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Avropa Gənclər Olimpiya Festivalında üç komanda idman növü üzrə yarışlar keçiriləcək. Bunlar: voleybol, basketbol və həndboldur. Voleybol və basketbol yarışları üçün qrupların tərkibi ölkələrin müvafiq yaş qrupları üzrə yarışlarda göstərilən nəticələr əsasında əldə olunan reytinqlə müəyyən olunub. Buna görə də, püşkatma yalnız həndbol yarışı üçün Avropa Həndbol Federasiyasının Vyana qərargahında keçirilmişdir.

"Bakı-2019"-da bütün üç komanda idman növləri üzrə yarışlar ümumilikdə səkkiz komanda arasında keçiriləcək.

Oğlanlar arasında voleybol yarışlarında, A qrupunda Azərbaycan milli komandası ilə bərabər, Almaniya, Rusiya, Belarus milli komandaları qələbə üçün mübarizə aparacaq. B qrupunda isə bu mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika milli komandaları arasında baş tutacaq. Voleybol üzrə qızların mübarizəsində isə A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya milli komandaları yer alıb.

Basketbol üzrə oğlanların mübarizəsində A qrupunda Xorvatiya, Fransa, Serbiya və Azərbaycan millisi, B qrupunda isə İspaniya, Türkiyə, Yunanıstan və Litva milliləri yarışacaqlar.

Qızların mübarizəsində A qrupunda İtaliya, Fransa, Rusiya və Belçika, B qrupunda isə Çexiya, Türkiyə, Macarıstan və Polşa milliləri yer alıb.

Püşkatmanın nəticələrinə əsasən oğlanlar arasında həndbol yarışında Azərbaycan millisi A qrupunda Danimarka, Almaniya, Serbiya milli komandaları ilə qələbə uğrunda mübarizə aparacaq.

B qrupunda isə bu mübarizə İslandiya, Xorvatiya, Fransa və Sloveniya milli komandaları arasında baş tutacaq.

Həndbol üzrə qızların yarışında A qrupunda Fransa, Rumıniya, Niderland və İspaniya, B qrupunda isə Macarıstan, İsveçrə, Çexiya və Azərbaycan milliləri yarışacaqlar.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahdan havanın temperaturu qalxır

Maestro Niyazinin xatirəsi yad olunacaq

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi