Ru
Bakı
USD
EUR
GBP
RUB

XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək

news photo

16.07.2019 12:47 // İdman

İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək.

Youthportal.az xəbər verir ki, bunu iyulun 16-da Milli Olimpiya Komitəsinin (MOK) idman şöbəsinin müdiri Həsənağa Rzayev Festivalda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olan idmançılar və onların məşqçiləri ilə görüşdə deyib.

Nümayəndə heyətinin ümumilikdə 198 nəfərdən ibarət olacağını vurğulayan H.Rzayev qeyd edib ki, festivalda Avropanın 48 ölkəsindən 3900 atlet 135 dəst medal uğrunda yarışacaq.

Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi