Ru
Bakı
USD
EUR
GBP
RUB

XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib (FOTO)

news photo

24.05.2019 17:40 // Cəmiyyət

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Təhsil Nazirliyinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Olimpiya mədəniyyəti və təhsil” proqramında iştirak edən məktəblər arasında XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş “İdman – sağlamlıq, dostluq, birlik” mövzusunda rəsm müsabiqəsinə start verilib.

MOK-dan Youthportal.az-a bildiriblər ki, müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən işlərin müəllifləri Təhsil Nazirliyinin və Milli Olimpiya Komitəsinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.

Müsabiqənin yekun sərgisi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində, daha sonra isə Avropa Gənclər Olimpiya Festivalı ərəfəsində Atletlər Kəndində nümayiş etdiriləcək.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi