Ru
Bakı
USD
EUR
GBP
RUB

Xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edilib (FOTO)

news photo

06.02.2019 15:00 // Cəmiyyət

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edilib. Sərgi-satış Gənclər Fondunun maliyyə dəstəyi ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım” İctimai Birliyi tərəfindən reallaşdırılan “Xüsusi qayğıya ehtiyacı olan yaradıcı gənclərin cəmiyyətə tanıdılması məqsədilə onların sərgilərinin təşkili” layihəsi çərçivəsində keçirilib.

Youthportal.az xəbər verir ki, iki gün davam edən sərginin açılış mərasimində çıxış edən İctimai Birliyin sədri Vüsalə Kərimova, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və başqaları bildiriblər ki, bu layihənin məqsədi uşaqların faydalı əməyə cəlb edilməsi, həyat bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyasıdır. Çıxışçılar bu gün Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün həyata keçirilən işlərdən, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın bu sahədəki fəaliyyətindən, əldə olunan nailiyyətlərdən danışıblar.

Sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar rəqslər ifa ediblər. Daha sonra sərgiyə baxış keçirilib.

Əl işlərinin satışından əldə edilən vəsait xüsusi qayğıya ehtiyacı olan uşaqların ehtiyacları üçün sərf ediləcək.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi