Ru
Bakı
USD
EUR
GBP
RUB

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin qeydiyyatı davam edir

news photo

10.07.2019 12:25 // Təhsil

Ali təhsil müəssisələrinin I ixtisas qrupunun memarlıq ixtisasına və ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında xüsusi qabiliyyət tələb edən ixtisasların imtahanlarında iştirak üçün müvafiq linklərdən istifadə etməklə qeydiyyatdan keçirlər.

DİM-dən Youthportal.az-a bildirilib ki, qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat iyulun 16-dək aparılacaq, qabiliyyət imtahanları isə iyulun 18-dən 22-dək keçiriləcək.

Birinci ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qeydiyyat iyulun 13-dək aparılacaq, qabiliyyət imtahanları isə iyulun 19-dan 23-dək keçiriləcək. Müsabiqədə I ixtisas qrupu üzrə qəbul imtahanının 2 mərhələsi üzrə ümumi balı 200, o cümlədən imtahanın II mərhələsində topladığı bal minimum 100 olan abituriyentlər iştirak edə bilərlər.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi