Ru
Bakı
USD
EUR
GBP
RUB

Xorxe Lorentso yenidən Formula 1 iştirakçısı olmaq istəyir

news photo

26.12.2018 14:36 // Formula 1

“MotoGP” üçqat çempionu Xorxe Lorentso 2016-cı ildə Silverstounda “Mercedes” komandasının xüsusi sınaq yürüşlərində iştirak edib.

Youthportal.az xəbər verir ki, bu təcrübəni bəyənən ispaniyalı bildirib ki, onu yenidən təkrar etmək istəyir. Lorentso deyib: “Mən həmişə Formula 1 bolidinin sükanı arxasına keçməyi arzulamışam. Bu, başqalarından tamamilə fərqli olan unikal maşındır. Bundan başqa, daha təcrübəli pilot kimi hansı nəticələri əldə edəcəyim də özüm üçün maraqlıdır. O vaxtlar maşının aerodinamik keyfiyyətləri və sıxıcı gücü məni cəlb edirdi. Tam sürətlə və beşinci ötürücüdə döngələrdən keçə bilirdim. Halbuki motoyürüşlərdə bu döngələrdən üçüncü ötürücüdə keçirdik.

Formula 1-dən fərqli olaraq, motoyürüşlərdə bütün bədəninlə işləməlisən və yıxıldığın zaman heç bir karbon örtük səni qoruya bilməz. Birbaşa asfaltın üzərinə düşəcəksən”.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi