Ru
Bakı
USD
EUR
GBP
RUB

Xocalısız 26 il

news photo

01.03.2018 11:49 // Siyasət

Bildiyiniz kimi, bu il Xocalının işğalından 26 il keçir. 1992- ci ildə fevralın 25- dən 26- a keçən gecə erməni işğalçıları Xocalı şəhərinə hücüm etmiş və zəbt etmişlər. Fevral ayının 25- i axşam radələrində erməni silahlı qüvvələri Xocalı şəhərinə müxtəlif istiqamətdə atəşə tutmağa başlamışlar. Bunun nəticəsində şəhərin müxtəlif yerlərində yanğınlar baş vermişdir. Artıq 26 fevral səhər saat 5 radələrində şəhər tamamilə alova bürünmüşdür. Şəhəri kül etmiş ermənilər, bununla yanaşı dinc əhaliyə hücum edərək onları evlərindən, yurdlarından didərgin salmışlar. Bu soyqırım nəticəsində 613 nəfər həlak olmuşdur.

Mən bir gənc olaraq başa düşə bilmirəm ki, orada qətlə yetirilmiş uşaqların günahları nə idi?! Hesab edirəm ki, bu törədilmiş vəhşilikləri təkcə Azərbaycan xalqının soyqırımı deyil, bütün Türk dünyasının soyqırımı adlandırmaq olar. Bu vəhşiliklər haqqında bir sıra məşhur qəzətlər də öz fikirlərini bildirmişlər:

Tayms qəzeti(Londorn) ,4 mart 1992- ci il: “ Çoxları eybəcər hala salınmışdır. Körpə qızın ancaq başı qalmışdır”

Azərbaycanın 20% işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün biz gənclər əlimizdən nə gəlirsə edəciyik. Bu günün gəncləri olan biz maksimum dərərcədə çalışmalıq ki, bizdən sonra gələcək nəsillərə bu cür hadisələri tam olaraq anlada bilək.

Allahdan cəmi ölənlərimizə rəhmət diləyirəm!

ATGTI- nin TGT- lər üzrə iş departamentinin üzvü Quliyev Rəsul

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi