Ru
Bakı
USD
EUR
GBP
RUB

Xocalı soyqırımı barədə Koreya dilində “Unudulmuş soyqırımı” kitabı çap olunub

news photo

27.02.2018 18:53 // Siyasət

Xocalı soyqırımı barədə məlumat toplusu Koreya dilinə tərcümə edilərək “Unudulmuş soyqırımı” adı ilə çap olunub.

Youthportal xəbər verir ki, ölkəmizin Koreya Respublikasındakı səfirliyinin Xocalı soyqırımının ildönümü ilə əlaqədar həyata keçirdiyi silsilə təbdirlər çərçivəsində çap olunan kitabda Qarabağ bölgəsinin tarixi, mədəni-tarixi, dini abidələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində mülki əhaliyə qarşı törətdiyi soyqırımı barədə məlumatlar əksini tapıb. Nəşrdə bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın irəli sürdüyü “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında məlumatlara və fotoşəkillərə, bir sıra ölkələrin parlamentlərinin və beynəlxalq ictimaiyyətin bu soyqırımını tanıması haqqında faktlara yer verilib. Kitab Koreyanın ictimai-siyasi dairələrinə, tədqiqat mərkəzlərinə, QHT-lərə, ali təhsil ocaqlarına, yerli KİV-lərə göndərilib.

Koreyada Xocalı tədbirləri çərçivəsində Azərbaycan səfirliyinin təşəbbüsü və Seul şəhərinin Yonqsan rayonunun meriyasının dəstəyi ilə fevralın 14-dən etibarən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Seulun mərkəzi və ən izdihamlı küçələrindən olan İtaveon boyunca Koreya və ingilis dillərində banerlər asılıb. “Xocalıya ədalət!” adlı banerlərdə, həmçinin ölkəmizin Koreyadakı səfirliyinin dəstəyi ilə BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatı tərəfindən Koreya dilində Xocalı soyqırımına dair internet səhifəsinin və “Xocalıya ədalət!” kampaniyasının rəsmi internet səhifəsinin ünvanı əks olunub.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi