Ru
Bakı
USD
EUR
GBP
RUB

“Xocalı faciəsi qan yaddaşımızdır ” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilmişdir (FOTO)

news photo

15.02.2019 13:02 // Təhsil

Masallıda “26 fevral – Xocalı Soyqırımı Günü”nün ildönümü ilə əlaqədar olaraq “Xocalı faciəsi qan yaddaşımızdır ” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilmişdir.

Youthportal.az xəbər verir ki, 14-15 fevral 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində “26 fevral – Xocalı Soyqırımı Günü”nün ildönümü ilə əlaqədar olaraq “Xocalı faciəsi qan yaddaşımızdır ” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilmişdir.

Tədbirdə əvvəlcə 26 fevral – Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbirdə çıxış edərək Xocalı faciəsi barədə ətraflı məlumat verdi, xalqımızın tarixində ən qanlı hadisələrdən biri olan, ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırdı. Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımlar atdığını qeyd edən natiq bu sahədə məqsədyönlü fəaliyyətin xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını, məhz onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, 26 fevral tarixinin “Xocalı soyqırımı günü” elan edildiyini və ulu öndərin hər il faciənin ildönümündə bu qanlı qətliamın bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğuladığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Ölkə Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasətin, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımların müsbət nəticələr verdiyini vurğulayan C.Manafov daha sonra bildirdi ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə yönəldilmiş son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metod kabinetin müdiri Bəybala Xəlilov, qeyd edib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:

“İnşa-yazı” müsabiqəsində:

VII-IX sinif şagirdləri arasında şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Kazımova Mehriban Mehman qızı birinci yerə, R.Əzizov adına Yeddioymaq 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Qasımova Hüsniyyə Mirtofiq qızı ikinci yerə,E.Əhədov adına Təzə Alvadı 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Həbişzadə Səma Pərviz qızı üçüncü yerə layiq görülmüşlər. Fərqləndiyinə görə isə şəhər 5 saylı tam orta məktəbin VII sinif şagirdi Məmmədova Günül Cəlal qızı diplomla mekafatlandırıldı . 

X-XI sinif şagirdləri arasında Bala Kolatan kənd tam orta məktəbin XI sinif şagirdi Ağayeva Aynur Niyaz qızı birinci yerə, Qızılağac kənd 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Nərimanova Aytən Mayis qızı ikinci yerə, Ə.İbadova adına Tüklə kənd tam orta məktəbinin X sinif şagirdi Ağayeva Samiyə Həbib qızı üçüncü yerə layiq görülmüşlər. Fərqləndiyinə görə isə Qəriblər kənd tam orta məktəbinin X sinif şagirdi Əmənov Təyyar Fərman oğlu, “Dəfinə” məktəb liseyinin XI sinif şagirdi Əşrəfova aydan Alxasqızı diplomlarala mekafatlandırıldı  Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi