Ru
Bakı
USD
EUR
GBP
RUB

XİN: Avropa Oyunları ilə bağlı akkreditasiyadan keçmiş KİV nümayəndələrinin Azərbaycana daxilolma qaydaları sadələşdirilib

news photo

13.04.2015 18:45 // İdman

"Akkreditasiyadan keçmiş KİV nümayəndələrinin Azərbaycan ərazisinə daxilolma qaydaları sadələşdirilib. Belə ki, Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən veriləcək akkreditə kartı və şəxsiyyəti təsdiq edən sənəd əsasında beynəlxalq media nümayəndələri Azərbaycan ərazisinə daxil ola biləcəklər". Bunu Youthportal.az-a "Birinci Avropa Oyunları ilə əlaqədar xarici KİV nümayəndələrinin akkreditasiyası necə həyata keçirilir" sualına cavabında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə isə Azərbaycanda mətbuat və ifadə azadlığı tam şəkildə təsbit olunub, yerli və xarici KİV nümayəndələrinin Azərbaycan qanunlarına hörmət əsasında öz peşəkar fəaliyyətlərini həyata keçirmələri üçün tam sərbəst mühit var: "Birinci Avropa Oyunları Azərbaycanın ev sahibliyi etdiyi mötəbər və kütləvi tədbirlərdən biridir. Bu səbəbdən Oyunlarla əlaqədar akkreditasiya prosesi müstəsna xarakter daşıyır. Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 avqust tarixli sərəncamında Avropa Oyunları ilə əlaqədar akkreditasiya işinin təşkil edilməsi nəzərdə tutulub".

H.Hcıyev bildirib ki, Azərbaycan tərəfindən birinci Avropa Oyunlarında xarici KİV nümayəndələrinin akkreditəsi məqsədilə bu kimi beynəlxalq kütləvi tədbirlərdə tətbiq edilən qabaqcıl təcrübədən də istifadə olunur: "Məmnuniyyətlə qeyd edə bilərik ki, Avropa Oyunları Əməliyyat Komitəsində bu sahədə təcrübəsi olan xarici və yerli peşəkarlar birlikdə çalışırlar. Xarici KİV nümayəndələrinin akkreditasiyası mərkəzləşdirilmiş qaydada Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən aparılır. Dövlət qurumları tərəfindən də Avropa Oyunları Əməliyyat Komitəsinə lazımi dəstək göstərilir".

XİN rəsmisi deyib ki, Olimpiya Xartiyasının ruhuna və məramlarına sadiq qalaraq, KİV nümayəndələrinin akkreditasiyası və Oyunlar zamanı KİV-in fəaliyyəti prosesində Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi tərəfindən KİV-lərlə bağlı nəzərdə tutulan qaydaların həyata keçirilməsi təmin olunur və olunacaq.

Onun sözlərinə görə, birinci Avropa Oyunlarını işıqlandırmaq üçün 700-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün müraciət edib: "Bundan əlavə, 200-ə yaxın beynəlxalq yayım şirkəti tərəfindən Avropa Oyunları işıqlandırılacaq. KİV nümayəndələrinin öz fəaliyyətlərini effektiv həyata keçirmələri üçün bütün texniki parametrlərə cavab verən Media Kəndi də yaradılıb".

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi