Ru
Bakı
USD
EUR
GBP
RUB

“Xiaomi” şirkəti süni intellektli zəngli saatını təqdim edib

news photo

24.09.2018 15:44 // High-tech

Çinin “Xiaomi” şirkəti süni intellektli köməkçi funksiyaya malik “Xiao AI Smart Alarm Clock” zəngli saatını təqdim edib.

Youthportal.az 3dnews.ru saytına istinadla xəbər verir ki, qurğu mahiyyət etibarilə ənənəvi zəngli saat və “ağıllı” dinamik hibrididir. İstifadəçilər səsli əmrlər vasitəsilə bu və ya digər informasiyanı (məsələn, hava proqnozunu, yollardakı vəziyyəti, aktual xəbərləri və s.) əldə edə biləcəklər.

“Ağıllı” zəngli saatla “Mijia App” mobil proqramının köməyilə məsafədən əlaqə yaratmaq mümkündür. Həmçinin müxtəlif bildiriş və xatırlatmaların göstərilməsi dəstəklənir. Bundan başqa, yeni qurğunu “ağıllı” məişət cihazları, məsələn, qoşulmuş hava təmizləyiciləri, kondisionerlər və s. ilə birgə iş üçün istifadə etmək olar.

“Ağıllı” zəngli saat müxtəlif mövzuları səsləndirərək ev sahiblərinə iş günündən sonra dincəlməyə kömək edəcək. Yeni qurğu ənənəvi funksiyaları da yerinə yetirir – vaxtı göstərir və istifadəçilərin yuxudan ayılması üçün siqnallar verir.

Sentyabrın 28-dən etibarən satışa çıxarılacaq “Xiao AI Smart Alarm Clock” zəngli saatının təxmini qiyməti 20-25 dollardır.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi