Ru
Bakı
USD
EUR
GBP
RUB

Xəzər-Qafqaz seqmentindən bəhs edən monoqrafiya rus dilində çapdan çıxıb

news photo

06.12.2019 13:10 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi Muxtar Rüstəmovun “Aralıq dənizi qurşağının Xəzər-Qafqaz seqmentinin fanerozoy geodinamikası və maqmatizmi” monoqrafiyası rus dilində çapdan çıxıb.

AMEA-dan Youthportal.az-a bildirilib ki, bu, Fanerozoy dövrünün 500 milyon illik tarixində Xəzər-Qafqaz seqmentində geodinamika və maqmatizm proseslərinin qarşılıqlı əlaqəsinə və təkamülünə həsr olunan yeganə monoqrafiyadır. Əsərdə geodinamika və maqmatizm proseslərində qarşılıqlı əlaqənin aşkar olunması nəticəsində müxtəlif petrokimyəvi seriyalı effuziv və intruziv komplekslərin zaman və məkan daxilində təzahürlərinin qanunauyğunluğu izah olunur.

Fundamental əsərin son fəsli geodinamika və maqmatizmin qarşılıqlı əlaqəsi üzrə hərtərəfli tədqiqatların elmi-tətbiqi əhəmiyyətinə həsr edilib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi