Ru
Bakı
USD
EUR
GBP
RUB

Xəzər Universitetinin tələbələri Dilçilik İnstitutunda

news photo

07.01.2019 14:29 // Təhsil

Xəzər Universitetinin filologiya fakültəsinin tələbələri Azərbaycan dilinin dialektologiyası və Müasir Azərbaycan dili fənlərinin tədrisi çərçivəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.

AMEA-dan Youthportal.az-a bildirilib ki, institutun direktoru, akademik Möhsün Nağısoylu ilə görüşdə tələbələrə elmi müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər və beynəlxalq əlaqələri barədə məlumat verilib. Görüşdə Xəzər Universitetinin təhsil departamentinin müəllimi, Dilçilik İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı müstəqillik dövründə dilçilik elminin inkişafından, yeni yaranan dilçilik sahələri və dildə baş verən dəyişikliklərdən, dilimizin saflığının qorunması istiqamətində görülən işlərdən danışıb.

Tələbələr daha sonra müəssisənin şöbələri və kitabxanası ilə tanış olublar. Onlara lüğətlərin hazırlanması, tərtibi, kütləvi informasiya vasitələrində Azərbaycan dilinin normalarına riayət olunmasının təmin edilməsi, dilimizin terminoloji bazasının inkişaf istiqamətləri, həmçinin müəssisənin fondlarında qorunan nadir kitablar və kolleksiyalar haqqında məlumat verilib.

Sonda tələbələrə ”Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” hədiyyə olunub.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi