Ru
Bakı
USD
EUR
GBP
RUB

Xəzər Universitetinin tələbələri Avropa Parlamentində təcrübə proqramında iştirak edəcəklər

news photo

21.05.2019 15:18 // Təhsil

Xəzər Universitetinin tələbələri - Mustafa Qocayev, Zülfiyyə Şəfiyeva və İlkin Məmmədov Avropa Parlamentində təcrübə proqramında iştirak edəcəklər.

Universitetdən Youthportal.az-a bildirilib ki, Azərbaycan Gənclər Fondu tərəfindən təşkil edilən təcrübə proqramının müsabiqəsində 383 namizəd iştirak edib. Xəzər Universitetinin tələbələri müsabiqəni uğurla keçərək, Avropa Parlamentində təcrübə keçmək şansı əldə edən 15 nəfər arasında yer alıblar.

Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova, siyasi elmlər və fəlsəfə departamentinin müdiri Elmar Mustafayev tələbələri təbrik edib, onlara təcrübə səfərində uğurlar arzulayıblar.

Sonda tələbələrə təşəkkürnamə təqdim edilib.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi