Ru
Bakı
USD
EUR
GBP
RUB

Xətai Sənət Mərkəzində rəsm sərgisi açılacaq

news photo

15.03.2019 16:34 // Cəmiyyət

Martın 18-19-da Xətai Sənət Mərkəzində “Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Mərkəzdən Youthportal.az-a bildirilib ki, müsabiqəyə 700-ə yaxın uşaq 1800-dən çox əsərlə müraciət edib. Təqdim olunan əsərlər içərisindən 12 yaşa qədər uşağın 150 işi, 12-17 yaşarası 130-a yaxın uşağın isə 140 sənət əsəri seçilib. Sərgidə nümayiş olunan əsərlərin müəllifləri təşəkkürnamə ilə təltif olunacaq və seçilmiş 20 əsərin müəllifi “Azərbaycanım” uşaq rəsm festivalında iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə elan edilib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi