Ru
Bakı
USD
EUR
GBP
RUB

Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan edilən 23 may-23 iyun 2019-cu il tarixli Müsabiqənin nəticələri

news photo

20.08.2019 11:20 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi” istiqaməti üzrə 23 may – 23 iyun 2019-cu il tarixlərində Müsabiqə elan etmişdir.

Youthportal.az xəbər verir ki, fondun müəyyən etdiyi qaydalara uyğun olaraq müraciət edən, qəbul olduğu ali təhsil müəssisəsi Fondun təqdim etdiyi universitet siyahısında və  ixtisası prioritet ixtisaslar siyahısında yer alan şəxslər 15-31 iyul 2019-cu il tarixlərində həyata keçirilən müsahibələrə dəvət edilmişdir.

Müsahibələrin nəticələri, şəxslərin akademik göstəriciləri (qəbul balı, təhsili üzrə orta müvəffəqiyyət göstəricisi, beynəlxalq dil qiymətləndirilməsi və s.) nəzərə alınmaqla müqayisəli şəkildə təhlil edilərək “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi”  istiqaməti üzrə aşağıdakı siyahıda qeyd edilən şəxslərin təhsil xərcinin maliyyələşdirilməsinə qərar verilmişdir.

Qeyd: Gənclərin təhsili Azərbaycan Respublikasının Gənclər Fondunun  Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi   istiqaməti üzrə 23 may 2019-cu il tarixli elan etdiyi Müsabiqənin qaydalarına uyğun olaraq tam və ya qismən maliyyələşdiriləcəkdir.

Qalibləri təbrik edirik!

Nəticələrlə linkə daxil olaraq tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi