Ru
Bakı
USD
EUR
GBP
RUB

“Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakı ilə görüş keçirilib

news photo

04.09.2019 17:30 // Gənclər üçün

3 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində görüş keçirilib.

Youthportal.az xəbər verir ki, qalib gəncləri təbrik edən və onlara uğurlar arzulayan Fərid Cəfərov Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasəti barədə məlumat verib. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov isə öz növbəsində gəncləri təbrik edərək, ölkənin inkişafı, diaspor hərəkatının güclənməsi, Azərbaycan diasporunun yol xəritəsi, gənclərin bu sahədə rolu və xüsusilə xaricdə təhsil alan gənclərimizin diaspor fəaliyyətinə verəcəyi töhfələrlə bağlı fikirlərini diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi