Ru
Bakı
USD
EUR
GBP
RUB

“Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyevlə görüş keçirilib (FOTO)

news photo

04.09.2019 17:45 // Gənclər üçün

2 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyevlə keçirilib. 

Youthportal.az xəbər verir ki, qalib gəncləri təbrik edən və yeni təhsil həyatlarında onlara uğurlar arzulayan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev görüşdə Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan həqiqətlərini diqqətə çatdırıb. Bildirib ki, “Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlısı öz doğma yurdlarından didərgin düşüb. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərimizin üzərinə məsuliyyətli vəzifə düşür.”

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi