Ru
Bakı
USD
EUR
GBP
RUB

“Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri Heydər Əliyev mərkəzində sərgilərlə tanış olublar (FOTO)

news photo

10.09.2019 15:22 // Gənclər üçün

7 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri Heydər Əliyev mərkəzində təşkil olunan müxtəlif sərgilərlə tanış olublar.

Youthportal.az xəbər verir ki, Gənclərə ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və zəngin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlmiş Mərkəzin binasının dünya memarlıq inciləri sırasında olması barədə məlumat verilib.

Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanışlıq gənclərdə böyük maraq yaradıb. Qeyd edilib ki, Muzey təşkil olunarkən burada Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Bu muzey həm də Heydər Əliyev irsinin öyrənilməsi baxımından xüsusi önəmə malikdir.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bakıya yağış, rayonlara qar yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi