Ru
Bakı
USD
EUR
GBP
RUB

Xanım sahibkarlar üçün müsabiqənin qalibləri müəyyən oldu (FOTO)

news photo

14.03.2019 12:43 // Gənclər üçün

“Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən 2 ay müddətində həyata keçirilən “WE2019 Xanım sahibkarlar üçün müsabiqə”nin nəticələri açıqlanıb.

Təşkilatdan Youthportal.az-a bildirilib ki, ümumilikdə 161 müraciətin toplandığı müsabiqənin təqdimat mərhələsində iştirak edən 11 sahibkar xanım arasından 4 nominasiya üzrə qaliblərin adları münsiflərin səsverməsi ardından açıqlanıb. Belə ki, “İlin ən gənc sahibkar xanımı” – “FitDiet” brendi ilə Ləman Xəlilzadə, “İlin təşəbbüskar sahibkar xanımı” – “TourismLab” brendi ilə Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” – “BD Kids” brendi ilə Elvira Bağırova, “Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım” - “Cuisine Chez Billura” brendi ilə Billurə Bernard, Milli brendi təmsil edən ilin sahibkar xanımı” isə “Tovuz Baltiya MMC” brendi ilə Günel Məmmədhəsənova olub.

Müsabiqənin qalibi olan sahibkar xanımlar, baş tutan mükafatlandırma mərasimində AzərTürkBank tərəfindən "Gold Card”, Azərbaycanlı dizaynerlər tərəfindən hazırlanmış ekskluziv hədiyyələr və hər bir sahəyə uyğun olaraq BƏƏ, RusiyaTürkiyəyə işgüzar səfərlərdə iştirak haqqı ilə mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqə “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA), “WoWoman Azerbaijan” təşkilatlarının, ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzi və “INNOLAND” İnkubasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.

Qeyd edək ki, layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV”, “MAG TV” və “1news.az”-dır. 

Müsabiqə haqqında ətraflı məlumat almaq üçün: https://we.youthinc.az

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi