Ru
Bakı
USD
EUR
GBP
RUB

Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi qeyd edilib

news photo

15.03.2019 16:23 // Cəmiyyət

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ədəbiyyatşünas alim, ictimai xadim və pedaqoq, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunan tədbir keçirib.

Muzeydən Youthportal.az-a bildirilib ki, tədbirdə muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı İsmayıl Şıxlının zəngin irsindən, obrazlar qalereyasından, əsərlərinin bədii-estetik xüsusiyyətlərindən bəhs edib. Bildirib ki, görkəmli yazıçı öz yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni səhifə yazmış söz ustadlarından biridir. Sonra Kürdəmir rayon 6 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva çıxış edərək İsmayıl Şıxlının klassik irsin ənənələrini uğurla davam etdirdiyini, folklor xəzinəsindən bəhrələndiyini, onun yaratdığı əsərlərdə dərin fəlsəfi mənanın olduğunu vurğulayıb.

Tədbirdə şair Yadigar Təvəkkül, Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İradə Mahmudova çıxış edərək yazıçının zəngin ədəbi-bədii irsi ilə bağlı fikirlər səsləndirib, onun fəaliyyətinin bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsi olduğunu söyləyiblər.

Daha sonra Kürdəmir rayon Mərkəzi Kitabxanasının əməkdaşları Məhinə Şirəliyeva və Məryəm Əliyeva yazıçının sevilən əsərlərindən nümunələr səsləndiriblər.

Sonda İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında çəkilmiş eyniadlı filmdən fraqmentlər nümayiş etdirilib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi