Ru
Bakı
USD
EUR
GBP
RUB

“Xalq atası” mövzusunda inşa-yazı müsabiqəsi

news photo

08.12.2017 17:54 // Cəmiyyət

07 dekabr 2017-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayılı rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günü” nə həsr olunmuş "Xalq atası" mövzusunda məktəblərin yuxarı sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirildi.

Youthportal. az xəbər verir ki, tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açaraq iştiraçkıları salamladı. Diqqətə çatdırdı ki, bu dahi şəxsiyyət bütün mənalı ömrünü öz vətəninin, xalqının yüksəlişi və inkişafına sərf edib. Xalqımızın siyasi lideri olaraq Heydər Əliyev Azərbaycanı və “azərbaycanlı” sözünü bütün dünyaya tanıdıb. Heydər Əliyevin heç bir tarixi şəxsiyyətlə müqayisə olunmaz, bənzərsiz, özünəməxsus, dünya siyasətində öz dəsti-xətti olan tarixi bir şəxsiyyət olduğu söylədi.

Rayon Təhsil Şöbəsinin metodisti Ülviyye Zeynalovada da iştirakçıları salamlayaraq Ulu Öndərin həyat və fəaliyyətindən, təhsilə, təhsil işçilərinə verdiyi qiymətdən geniş söz açdı. O həmçinin inşa -yazı müsabiqəsi barədə iştirakçıları məlumatlandırdı.

Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elmi Məmmədli və aparıcı məsləhətçisi Xəyyam Məmədov öz çıxışlarında Ulu Öndərin gənclərə verdiyi qiymətdən söz açdılar.Gənclər siyasətinin banisi Ulu Öndərin olduğunu, bu sahədə bir sıra dövlət praqramlarının hazırlanıb icra edildiyini və bu gündə bu siyasətin uğurla davam etdiyini iştirakçıların diqqətinə çatdırdılar.

Verilən bir saat ərzində gənclər öz fikir və duyğularını bədii ifadələrlə kağıza köçürdülər.

İsmayıllı şəhər 1 saylı, şəhər 2 saylı, şəhər 3 saylı, şəhər 4 saylı, şəhər 5 saylı, şəhər 6 saylı tam orta məktəb, Talıstan, Topçu, Quşencə, Qalagah kənd tam orta məktəb və Lahıc qəsəbə tam orta məktəblərindən gələn 25 şagirdin iştirak etdiyi inşa-yazı müsabiqəsinin nəticələri yoxlama komissiyasının rəyi əsasında bəlli olacaqdır.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi