Ru
Bakı
USD
EUR
GBP
RUB

Xalq artisti Süleyman Ələsgərovun xatirəsi yad ediləcək

news photo

18.01.2019 16:00 // Cəmiyyət

Fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, professor, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı ədəbi-bədii gecə keçiriləcək.

Sarayın mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, “Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçirilən konsertdə unudulmaz sənətkarın bəstələdiyi əsərlər səsləndiriləcək. Konsertdə Süleyman Ələsgərovun musiqisevərlər arasında sevilən “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Düşüncə”, “Bilsəm sən gəlirsən”, “Neylərəm”, “Gözləyirəm”, “İlk xatirə” və digər mahnıları, romansları incəsənət ustalarının ifasında təqdim olunacaq.

Əsərləri hər bir azərbaycanlının qəlbində əbədi iz qoyan, dahi Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan Süleyman Ələsgərov milli mədəniyyətimizə bənzərsiz musiqi əsərləri bəxş edib.

Biletləri Heydər Əliyev Sarayı və şəhərin kassalarından, eləcə də www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi