Ru
Bakı
USD
EUR
GBP
RUB

Xalq artisti Elçin Əzizov Rusiya Böyük Teatrında “Qaratoxmaq qadın” operasında çıxış edəcək

news photo

05.07.2019 15:59 // Cəmiyyət

İyulun 18-dən 21-dək Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “Qaratoxmaq qadın” operası oynanılacaq.

Youthportal.az teatrın saytına istinadla xəbər verir ki, iyulun 18-də və 20-də səhnə əsərində Tomskinin partiyasını Azərbaycan Respublikasının Xalq artisti Elçin Əzizov ifa edəcək.

2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi