Ru
Bakı
USD
EUR
GBP
RUB

Xalq Artisti Ağaxan Abdullayev vəfat edib

news photo

26.12.2016 12:01 // Cəmiyyət

Azərbaycan Respublikasının Xalq Artisti Ağaxan Abdullayev uzun sürən xəstəlikdən sonra vəfat edib.

YouthPortal xəbər verir ki, 1950-ci ildə Bakının Əmircan kəndində anadan olan Xalq Artisti Ağaxan Abdullayev 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.

Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə “Əməkdar Artist”, 1998-ci ildə “Xalq Artisti” fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, ötən il mayın 10-da isə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif edilib.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi