Ru
Bakı
USD
EUR
GBP
RUB

www.realmap.az portalının təqdimat mərasimi keçirildi (FOTO)

news photo

09.10.2019 14:22 // Cəmiyyət

Bu gün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən www.realmap.az onlayn xəritə pоrtalının təqdimat mərasimi keçirildi.

Youthportal.az xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, İrəli Ictimai Birliyinin  sədri Mirhəsən Seyidov, Bakı Slavyan Universitetinin rektoru Nuranə Əliyeva və digər rəsmilər iştirak edirdi. 

Açılış nitqi ilə çıxışa başlayan layihənin koordinatoru Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist Şəlalə Həsənova portalın ərsəyə gəlməsinə dəstək olan Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirdi. Portalın hazırlanmasında dəstək olan gəncləri təqdim edən professor dedi:“ Bu layihəni dəstəkləyərək Gənclər və İdman Nazirliyi təkcə layihəni deyil, eyni zamanda gəncləri dəstəkləmiş oldu”.

Daha sonra portalda yerləşdirilmiş online xəritə nümayiş olundu və Ermənistanda olan əzəli oğuz torpaqları haqqında məlumat verildi. 

Tədbirin davamında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın tarixi torpaqları və ərazi bütövlüyü haqda çıxışını özündə əks etdirən videoçarx nümayiş olundu.   

Portal haqda məlumat verən Şəlalə Həsənova bildirdi ki, burada ingilis jurnalistinin Azərbaycan həqiqətləri haqda yazdığı məqalə, eyni zamanda Məmməd Səid Ordubadinin faciəvi illəri özündə əks etdirən “Qanlı illər” əsəri yerləşdirilib.

Qeyd olundu ki, portalda Ermənistanda yerləşmiş Azərbaycan kəndlərində törədilmiş faciələr nəticəsində əhalinin hər bir kənddə azalma sayı nisbəti yerləşdirilib.

Daha sonra çıxış üçün söz gənclər və idman nazirinin müavini İntiqam Babayeva verildi.

İntiqam Babayev ilk öncə layihənin uğurlu olduğunu bildirdi. 21-ci əsrin sosial platformada informasiya müharibəsi dövrü olduğunu qeyd edən nazir müavini bildirdi ki, gənclərin informasiya müharibəsi dövründə apardığı mübarizə olduqca vacibdir. İntiqam Babayev bildiridi ki, mövcud məlumatın gələcəkdə də başqa dillərə tərcümə olunması, daha geniş kütləyə çatdırılması vacibdir:“Biz dünyaya çatdırmalıyıq ki, bugünki Ermənistan Azərbaycanındır”.

Azərbaycan Yazıçılar Birliyin sədri Anar müəllim 21-ci əsrin ən güclü silahının təbliğat olduğunu bildirdi. Yazıçı portalın gələcəkdə digər dillərə tərcüməsini  və kitab şəklində çapını təklif etdi.  

Daha sonra çıxış edən Bakı Slavyan Universitetinin rektoru Nuranə Əliyeva dedi:“Biz bu gün öz həqiqətlərmiz üçün mübarizə aparırıq. Bu cür təbliğatlar bizi hər gün qələbəmizə daha da yaxınlaşdırır”.

Tədbirin sonunda çıxış edən Ermənistan üzrə tətqiqatların rəhbəri Nizami müəllim portalın hazırlanmasında istifadə olunan mənbədən söz açdı. Qeyd etdi ki, məlumatlar Həbib Rəhimoğlunun “Silinməz adlar, sağalmaq yaralar” kitabı əsasında tərtib olunmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan haqqında bütün beynəlxalq  tribunalardan bəyan edir: “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”. www.realmap.az  onlayn xəritə platformasında göstərilən toponimik panorama və demoqrafik faktlar ölkə başçısının dünya miqyasında səsləndirdiyi tezisini möhkəmləndirən unikal elektron bazadır. 

Məlumat üçün bildirək ki, portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olmuş 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilmişdir. Qan damlalarını xatırladan qırmızı nişanları kliklədikdə hər kəndin türk mənşəli toponimi, onun erməniləşdirildiyi tarix və müxtəlif illərdə orada yaşayan azərbaycanlıların sayı göstərilir.

1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə azərbaycanlıların sayının dəfələrlə azalması xəritədə öz əksini tapmış və  Ermənistanda soydaşlarımıza qarşı törədilmiş  soyqırımın  təzahürü kimi önə çəkilmişdir.

Xəritə ilə yanaşı portalda “Ermənistanda Azərbaycan toponimləri”,“Əhali”, “Arxiv sənədlər” kimi yardımçı bölmələr yer almışdır.  Burada mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir  sənədlər yerləşdirilmiş, kəndlərin adları əlifba üzrə sıralanmış və hər kənddə Azərbaycan əhalisinin soyqırımına dəlalət edən statistik məlumat verilmişdir.

Yasəmən Kərimova

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi