Ru
Bakı
USD
EUR
GBP
RUB

WhatsApp ən populyar oldu

news photo

22.01.2019 16:26 // High-tech

"WhatsApp" messenceri "Facebook" şirkətinə məxsus ən populyar mobil proqramdır. Bu barədə "App Annie" analitik şirkətinin məlumatında deyilir.

Youthportal.az  ICTnews-a istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, "iOS" və "Android" əməliyyat sistemləri üçün "WhatsApp" əlavəsi 2018-ci ilin sentyabrından aktiv istifadəçilərin sayına görə "Facebook" mobil əlavəsini üstələməyə başlayıb və indiyədək lider olaraq qalır. "App Annie" konkret göstəricilər qeyd etmir.

2018-ci ilin üçüncü rübünün maliyyə yekunları barədə danışan "Facebook" şirkətinin baş direktoru Mark Sukerberq bildirib ki, o zaman hər ay 2,6 milyarddan çox insan "Facebook", "WhatsApp", "Instagram" və ya "Messenger"dən istifadə edib. Bir rüb əvvəl isə bu göstərici 2,5 milyarda bərabər olub. Onun sözlərinə görə, dünyada "Facebook" servisləri ilə gündəlik əsasda təxminən 2 milyard nəfər istifadə edib.

"Facebook" əlavəsi 2018-ci ilin yekunları üzrə qlobal miqyasda ən çox tələb edilən olub. Lakin bir sıra ölkələrdə, o cümlədən Hindistan, İndoneziya, Böyük Britaniya, Türkiyə, İsveçrə, İspaniya, Sinqapur, Rusiya, Niderland, Meksika, Malayziya, Honkonq, Almaniya, Finlandiya və Braziliyada birinciliyə "WhatsApp" sahib çıxıb. Maraqlıdır ki, ABŞ-da "Facebook" və "Messenger" proqramları birinci yeri tutub, "WhatsApp" isə hətta ilk onluğa daxil ola bilməyib.  

"SensorTower" tədqiqat şirkəti də "WhatsApp"ın bütün "Facebook" əlavələri arasında liderliyini təsdiq edir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi