Ru
Bakı
USD
EUR
GBP
RUB

Voleybolçu qızlarımız Avropa çempionatına hazırlığa Sloveniyada start verəcəklər

news photo

10.08.2019 12:44 // İdman

Voleybol üzrə qadınlardan ibarət milli komandamız Braziliyanın Uberlandiya şəhərində keçirilən Olimpiadaya lisenziya xarakterli təsnifat turnirindən sonra istirahətə yollanıb.

Youthportal.az xəbər verir ki, doqquzuncu dəfə Avropa çempionatında iştirak edəcək millimiz hazırlığa avqustun 14-də başlayacaq. Komandamız Avropa çempionatına hazırlığa Sloveniyada start verəcək. Hazırlıqlar zamanı yığmamız Sloveniya millisi və digər komandalarla bir neçə yoldaşlıq oyunu keçirəcək. Voleybolçularımız Avropa çempionatında iştirak etmək üçün avqustun 21-də Macarıstana yollanacaqlar. C qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya, Macarıstan yığmalarıdır.

Avqustun 23-dən sentyabrın 8-dək keçiriləcək Avropa çempionatında 24 komanda mübarizə aparacaq.

İki il əvvəl Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıblar.

Digər xəbərlər

Xəbər lenti

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi