Ru
Bakı
USD
EUR
GBP
RUB

Voleybol üzrə U-16 komandamız Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq

news photo

13.11.2019 19:00 // İdman

Noyabrın 23-28-də Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.

Youthportal.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, çempionatda 9 ölkənin milli komandası mübarizə aparacaq.

Millimiz A qrupunda Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa seçmələri üz-üzə gələcəklər.

Qeyd edək ki, yarışa hazırlıq davam edir. Çempionatda çıxış edəcək millimizin baş məşqçisi gənc, təcrübəli və voleybol üzrə qadınlardan ibarət yığmamızın məşqçisi Emin Əbilovdur.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi