Ru
Bakı
USD
EUR
GBP
RUB

Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışı keçəcək

news photo

12.07.2019 11:45 // İdman

Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışı keçəcək.

Youthportal.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan yığmamız artıq Bolqarıstana yola düşüb. Millimiz daha sonra Rusiya və Türkiyədə də təlim-məşq toplanışında olacaq. Voleybolçularımız hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya milliləri ilə bir neçə yoxlama oyunu da keçirəcəklər. Komandamız turnirə ev sahibliyi edəcək Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.

Qeyd edək ki, voleybolçularımız təsnifat turnirində ev sahibləri ilə yanaşı, Dominikan və Kamerun milliləri ilə qarşılaşacaqlar. Görüşlər avqustun 1-3-də keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi