Ru
Bakı
USD
EUR
GBP
RUB

Voleybol üzrə milli komandamız məşqlərə start verib

news photo

28.06.2019 12:45 // İdman

“Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarının avqustun 1-dən 3-dək Braziliyada keçiriləcək təsnifat mərhələsində iştirak edəcək voleybol üzrə milli komandamız məşqlərə start verib.

Azərbaycan Voleybol Federasiyasından Youthportal.az-a bildiriblər ki, Qızıl Avropa Liqasında millimizin heyətində çıxış edən oyunçuların əksəriyyəti gənclər olsa da, Olimpiya təsnifat oyunlarında millimizin bütün üzvləri iştirak edəcəklər.

Voleybol Mərkəzində məşqlərə başlayan millimizin təlimləri iki komanda formatında təşkil olunacaq. Milli komandanın baş məşqçisi Covanni Kaparara Olimpiya təsnifat mərhələsində iştirak edəcək oyunçuları hazırda məşq edən iki komandadan seçəcək.

Millimiz təsnifat mərhələsində D qrupunda Dominikan Respublikası, Kamerun və Braziliya yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi