Ru
Bakı
USD
EUR
GBP
RUB

Voleybol üzrə Avropa çempionatında iştirak edəcək bütün komandalar müəyyənləşib

news photo

11.01.2019 08:54 // İdman

Kişi və qadınlar arasında voleybol üzrə Avropa çempionatında iştirak edəcək bütün komandalar müəyyənləşib.

Youthportal.az xəbər verir ki, Azərbaycan yığması yalnız qadınların mübarizəsində təmsil olunacaq.

Qadınlar arasında Avropa çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Hollandiya, Yunanıstan, İspaniya, İtaliya, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, İsveçrə və Estoniya iştirak edəcək.

Avropa çempionatı avqustun 23-dən sentyabrın 8-dək Türkiyə, Polşa, Macarıstan və Slovakiyada baş tutacaq. Püşkatma isə yanvarın 23-də Türkiyənin İstanbul şəhərində olacaq.

Qeyd edək ki, kişi voleybolçulardan ibarət Azərbaycan millisi İsveç yığmasına 0:3 hesabı ilə məğlub olduqdan sonra Avropa çempionatına yüksələ bilməyib.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi