Ru
Bakı
USD
EUR
GBP
RUB

Violonçel ifaçısı Camal Əliyev Lammermur festivalında çıxış edəcək

news photo

13.09.2019 11:31 // Cəmiyyət

Sentyabrın 13-dən 22-dək Şotlandiyanın (Böyük Britaniya) İst-Lotian bölgəsində Lammermur Festivalı keçiriləcək.

Youthportal.az festivalın saytına istinadla xəbər verir ki, tədbir çərçivəsində sentyabrın 18-də violonçel ifaçısı Camal Əliyev çıxış edəcək. Konsertin proqramına N.Paqanini, F.Şopen, R.Şuman, S.Raxmaninov və B.Martinunun əsərləri daxildir.

Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi