Ru
Bakı
USD
EUR
GBP
RUB

Vinq çun üzrə birinci respublika çempionatı keçiriləcək

news photo

15.04.2019 16:39 // İdman

Aprelin 19-20-də Bakı İdman Sarayında vinq çun üzrə birinci respublika çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının birgə keçirəcəyi çempionatda uşaqlar, yeniyetmələr, gənclər və kişilər öz qüvvələrini sınayacaqlar. Yarışın açılış mərasimi aprelin 20-də saat 15:00-da olacaq.

Federasiyadan Youthportal.az-a bildiriblər ki, yarış Dünya Vinq Çun Birliyinin qaydalarına əsasən, iki kateqoriya – vinq çun-kontakt və vinq çun-taolu üzrə keçiriləcək.

Yarışda 20 klubdan 300 yaxın idmançı birincilik uğrunda mübarizə aparacaq. Çempionatda birinci yeri tutan idmançılar Honkonqda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaqlar.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi