Ru
Bakı
USD
EUR
GBP
RUB

“Vikipediya”da tarixi memarlıq abidələri və görkəmli şəxsiyyətlər haqqında məqalə yaradılması davam edir

news photo

24.10.2019 19:41 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, qədim abidələri haqqında məqalə yaradılması prosesi davam edir.

MEK-dən Youthportal.az-a bildirilib ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Nüşabə Əsədova tərəfindən görkəmli arxeoloq və etnoqraf Ələsgər Ələkbərov, numizmat-arxeoloq, professor Əli Rəcəbli, Azərbaycanın ilk muzeyşünaslardan biri, maarifçi Mirzə Ağaəli Əliyev, ölkəmizdə diyarşünaslıq muzey işinin ilk təşkilatçılardan biri, diyarşünas-tədqiqatçı Əhməd Əfəndi Çələbizadə haqqında məqalələr yaradılıb.

Məqalələrdə görkəmli alim və arxeoloqların həyatı, elmi fəaliyyəti və tədqiqatları barədə məlumatlar verilib.

Bildirilib ki, görkəmli arxeoloq və folklorşünas Ələsgər Ələkbərov Azərbaycanın ilk etnoqrafik xəritəsinin tərtibçisi olub. Xəritəyə 5 mindən çox yaşayış yerinin adı salınıb. O, ölkəmizdə yaşayan ayrımların və kürdlərin məişət, təsərrüfat və maddi mədəniyyət məsələlərini də tədqiq edib.

Əməkdar mədəniyyət işçisi, tariх еlmləri dоktоru, prоfеssоr Əli Rəcəbli rеspublikamızda numizmatika elminin və fondunun əsasını qoymuş məşhur numizmat-arxeoloq Y.A.Paxomovun yeganə yetirməsidir. Azərbaycan numizmatikasının layiqli nümayəndəsi Əli Rəcəbli bu elmin inkişafı üçün bütün səy və bacarığını sərf edib. Görkəmli alim Azərbaycan dövlətçiliyinin mühüm atributlarından biri olan pul tarixinin öyrənilməsi, numizmatik materialın toplanması və tədqiqi kimi mühüm problemlərin öyrənilməsi ilə məşğul olub. O, “Tərəqqi” medalı ilə təltif olunub, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Əhməd Əfəndi Çələbizadə A.A.Bakıxanov adına Quba tarix-diyarşünaslıq muzeyinin yaradıcısıdır. Onun Quba şəhərinin tarixinin tədqiqində mühüm xidmətləri olub.

Mirzə Ağaəli Əliyev Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin banisidir. Lənkəranda ilk məktəblərin təşkil olunmasında yaxından iştirak edib, 1931-ci ildə müəllimlərin II qurultayına nümayəndə seçilib. Maarifçilik fəaliyyəti ilə məşğul olan Mirzə Ağaəli Əliyev dövrünün istedadlı şairi və jurnalisti kimi də tanınıb. O, Cəlil Məmmədquluzadənin dostu, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun müəllimi olub.

“Vikipediya”da bu istiqamətdə məqalə yaradılması prosesi davam edir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi