Ru
Bakı
USD
EUR
GBP
RUB

“Vikipediya”da tarixi memarlıq abidələri haqqında məqalə yaradılması davam edir

news photo

16.09.2019 11:16 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən tarixi memarlıq abidələri, Bakının qədim binaları haqqında məqalələr yaradılır və redaktə olunur.

Youthportal.az xəbər verir ki, Azərbaycan dilində olan “Vikipediya”da 1910-cu ildə Bakıda tikilmiş ilk sinematoqraf binası (indiki Kukla Teatrı), Rılski qardaşlarının yaşayış evi (indiki Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı) və Bakı texniki peşə məktəbinin binası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) haqqında məqalə yaradılıb. Məqalələrdə binaların tarixi, memarlıq xüsusiyyətləri və sonrakı istifadələri barədə məlumatlar əksini tapıb.

“Vikipediya”da tarixi memarlıq abidələri haqqında məqalə yaradılması davam edir.

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi