“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında xarici dillərdə məqalələrin yaradılması davam edir

14.01.2019 14:45 // Cəmiyyət
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.
MEK-dən Youthportal.az-a bildiriblər ki, “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyev haqqında ingilis dilində məqalə yaradılıb. Məqalədə İ.Şahverdiyevin həyatı və keçdiyi döyüş yolu barədə məlumat verilir. Qeyd edilir ki, Ermənistan silahlı birləşmələri torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur polis işçisi kimi ilk günlərdən Vətənimizin müdafiəsinə qalxıb. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçının və şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin böyük rolu olub. O, 1992-ci ildə Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə onlarca erməni silahlısını məhv edib.
İ.Şahverdiyev 1994-cü il yanvarın 6-da Füzuli rayonunun kəndlərini azad etmək üçün öz bölüyü ilə döyüşə girib. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilib. Cəsur komandirin son döyüşü 1994-cü il yanvarın 13-də olub. Bir neçə istiqamətdən hücuma keçən bölükdə ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotu işə salıb, lakin qarşı tərəfdən atılan güllə onun həyatına son qoyub.
Bakıdakı Şəhidlər xiyabanında dəfn edilən İsrafil Şahverdiyev ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Məqalə ilə qeyd olunan linkdə tanış olmaq mümkündür.
Digər xəbərlər
UNEC tələbələrinin məqaləsi SCOPUS-da
21.02.2019 09:32 // Təhsil
AMEA magistraturalarına qəbulda müsahibə mərhələsi ləğv olunub
21.02.2019 08:52 // Təhsil
Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər (FOTO)
21.02.2019 08:36 // Təhsil
Bakı Slavyan Universitetində Beynəlxalq Ana Dili Günü qeyd ediləcək
20.02.2019 19:25 // Təhsil
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək
20.02.2019 18:39 // Cəmiyyət
“Azərbaycan qəhrəmanlıq salnaməsində nehrəmli şəhidlər” kitabı çap olunub
20.02.2019 17:46 // Təhsil
Startap layihələri dəstəkləmək üçün karyera mərkəzi yaradılacaq
20.02.2019 17:27 // Təhsil
Azərbaycan filmləri beynəlxalq festivalda nümayiş olunacaq
20.02.2019 17:12 // Cəmiyyət
Kitabxanada İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş stend-sərgi hazırlanıb
20.02.2019 16:50 // Cəmiyyət
“Gənc istedadlar” bilik yarışının növbəti mərhələsi Beynəlxalq Ana Dili Gününə həsr olunub (FOTO)
20.02.2019 16:24 // Təhsil
“Naməlum Axundzadə” nümayiş olunacaq
20.02.2019 16:05 // Cəmiyyət
İqtisadiyyat İnstitutu əməkdaşının məqaləsi Sankt-Peterburqda keçirilən elmi-praktik konfransın materialları sırasında
20.02.2019 15:48 // Təhsil
Şəkidə “Sağlam gələcək, İdmanla gələcək” adlı layihəinin açılış turniri keçirilmişdir (FOTO)
20.02.2019 15:21 // Gənclər üçün
Gələn ay üçün qeyri-iş günləri
20.02.2019 15:08 // Cəmiyyət
“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramına qeydiyyat başlayıb
20.02.2019 14:12 // Təhsil
Akademik Zərifə Əliyeva adına liseyin şagirdlərinin layihəsi birinci yerə layiq görülüb
20.02.2019 13:57 // Təhsil
Tusi-Bohm Planetariumda Elm Gününə həsr olunan tədbir keçirilib
20.02.2019 13:42 // Təhsil
Filarmoniyada gənc bəstəkarların əsərləri səslənəcək
20.02.2019 13:30 // Cəmiyyət
Azərbaycanlı atletlər Minskdə keçiriləcək beynəlxalq yoldaşlıq turnirində mübarizə aparacaqlar
20.02.2019 13:14 // İdman
Sabah külək əsəcək
20.02.2019 12:59 // Cəmiyyət
Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq
20.02.2019 12:44 // Cəmiyyət
"Baku Open" karate turnirinin vaxtı açıqlanıb
20.02.2019 12:27 // İdman
Rayonlar üzrə IX sinif şagirdləri üçün buraxılış imtahanın birinci mərhələsi mart ayında keçiriləcək
20.02.2019 12:15 // Təhsil
IADC-nin prezidenti Bakı Ali Neft Məktəbinin tələbələrilə görüşdü
20.02.2019 12:00 // Təhsil
İlahiyyat İnstitutunun rektoru tələbələrlə görüşüb (FOTO)
20.02.2019 11:43 // Təhsil
DİM gürcü dilini bilən mütəxəssis axtarır
20.02.2019 11:24 // Təhsil
Koreya Respublikasında təqaüd proqramı
20.02.2019 11:08 // Təhsil
“UNEC-100” - Strateji idarəetmə
20.02.2019 10:54 // Təhsil
ADU-da Çin fənərlər festivalı təşkil olunub (FOTO)
20.02.2019 10:41 // Təhsil
BSU-nun beş tələbəsi Cocuq Mərcanlı məktəbində pedaqoji təcrübə keçəcək (FOTO)
20.02.2019 10:23 // Təhsil