Ru
Bakı
USD
EUR
GBP
RUB

“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb

news photo

01.05.2019 17:01 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.

MEK-dən Youthportal.az-a bildirilib ki, “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları Hidayət Rüstəmov, İlqar İsmayılov və Anatoli Davidoviç haqqında ingilis dilində məqalələr yaradılıb. Məqalələrdə Milli qəhrəmanların həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi