Ru
Bakı
USD
EUR
GBP
RUB

“Vikipediya”da elm və mədəniyyət xadimləri haqqında məqalələr yaradılıb

news photo

19.07.2019 16:50 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da müxtəlif mövzularda məqalələrin yaradılması davam edir.

MEK-dən Youthportal.az-a bildirilib ki, vikikönüllülər tərəfindən “Vikipediya”da elm və mədəniyyət xadimləri haqqında məqalələr yaradılıb və əsaslı redaktə olunub. Azərbaycanlı sosioloq, tarixçi, dilçi alim Əhməd Yəzdani, kimyaçı alim, professor Minirə Ağahüseynova, professor Rauf İsrafilov, Qarabağ döyüşlərinin iştirakçısı Zamiq Əsgərov, şair Hüseyn Nadim Naxçıvani, ədəbiyyatşünas, tərcüməçi Cəlil Nağıyev, İmadəddin Nəsiminin heykəli (Kiyev), Əhməd bəy Ağaoğlunun “Şuşa, Peterburq və Paris xatirələri” kitabı haqqında məqalələr yaradılıb.

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynov, tənqidçi, ədəbiyyatşünas Kamal Talıbzadə, dramaturq Qurban Musayev, müəllim, maarifçi qadın Xədicə Ağayeva, yazıçı, tərcüməçi və nasir Cahanbaxş Cavadzadə haqqında məqalələr isə əsaslı redaktə olunub.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi