Ru
Bakı
USD
EUR
GBP
RUB

”Vikipediya”da Azərbaycanın tanınmış qadın şəxsiyyətləri haqqında onlarla məqalə yaradılıb

news photo

06.12.2019 12:17 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Vikipediya"nın Azərbaycan dilİ bölməsində ölkəmizin tanınmış qadın şəxsiyyətləri haqqında onlarla məqalə yaradılıb. 

Bu barədə Youthportal.az-a MEK-in direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

O bildirib ki, məqalələr müxtəlif sahələrdə uğur qazanmış elm, incəsənət xadimləri (aktrisalar, musiqiçilər, rəqqasələr, rəssamlar), həmçinin siyasi xadimlər, idmançılar, tarixi şəxsiyyətlər, iş qadınları, tibb işçilərini əhatə edir. Ümumilikdə 250-yə yaxın məqalə zənginləşdirilib.

“Bundan sonra tanınmış qadın şəxsiyyətlərimiz haqqında məqalələr yaradılacaq və əsaslı redaktə olunacaq. Yaxın zamanlarda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının mütəxəssisi Mahirə Niftullayevanın təqdimatı ilə tədbir keçiriləcək. Tədbirin tarixi və məkanı haqqında akademik ictimaiyyətə, media nümayəndələrinə ətraflı məlumat veriləcək. Tədirdə görülən işlər və gələcək hədəflərimiz haqqında məlumatlar veriləcək”, - deyə Elnur Eltürk qeyd edib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi