Ru
Bakı
USD
EUR
GBP
RUB

VIII-IX sinif şagirdləri arasında “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda seminar keçirilib

news photo

06.02.2019 15:50 // Cəmiyyət

05 fevral 2019-cu il tarixdə Şahbuz şəhər 2 nömrəli tam orta məktəbində rayon Gənclər və İdman İdarəsinin,Təhsil Şöbəsinin və YAP Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə məktəbin VIII-IX sinif şagirdləri arasında “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda seminar keçirilib. 

Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov və məktəbin direktoru Küşvər Quliyeva çıxış edərək keçirilən tədbir haqqında iştirakçılara geniş məlumat verib.

Məktəbin müəllimi Sitarə Hümbətova hazırlanmış slayd vasitəsi ilə mövzu ətrafında çıxış edərək bildirib ki, müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarmışdır. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq. Bu gün sosial şəbəkələr vasitəsilə bizi maraqlandıran hər bir məlumatı asanlıqla əldə edə bilirik. Sosial şəbəkələrdən müxtəlif informasiyalar əldə etmək, məktublaşmaq, şəkillərə və video çarxlara baxmaq, ünsiyyət yaratmaq və sairə kimi məqsədlər üçün geniş istifadə edilməsi günümüzün reallığıdır. Qeyd etmək istəyirəm ki, sosial şəbəkələrin ölkəmizin inkişafının, keçirilən beynəlxalq tədbirlərin və müxtəlif idman yarışlarının beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rolu vardır. Bununla yanaşı, muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin tanıdılmasında sosial şəbəkələrdən geniş istifadə olunur. Həmçinin yeniyetmə və gənclərimizin iştirakı ilə turizm məkanlarına, tarixi abidələrə, muzeylərə gəzintilər təşkil olunur ki, həmin gəzintilər zamanı çəkilən fotoşəkillərin və videoçarxların gənclər tərəfindən sosial şəbəkələrdə paylaşılması müsbət hal kimi qiymətləndirilir. Bu isə deməyə əsas verir ki, gənclərimiz internetdən, sosial şəbəkələrdən düzgün istifadə edirlər. 

Sosial şəbəkələrdən istifadənin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəflərinə toxunan S.Hümbətova bunun bugünkü günümüzdə insanların ondan hansı məqsədlər üçün istifadə etdiklərindən asılı olduğunu vurğulayıb. Qeyd edib ki, sosial şəbəkələrdən kimisi, sadəcə, vaxt keçirmək üçün istifadə edir ki, bu da bir müddətdən sonra asılılıq yaradır. Artıq beş və ya on dəqiqə üçün daxil olduğun sosial şəbəkədə saatlarla qalırsan. İnsanın vaxtını “virtual dünya”ya sərf etməsi real həyatdan uzaqlaşmağa gətirib çıxarır ki, bu da sonralar psixoloji problemlər yaradır. Əvvəlcə vərdiş, sonra isə xəstəlik dərəcəsində asılılıq yaradan sosial şəbəkələr insanlarda depressiya, yuxusuzluq, yorğunluq, aqressivlik, paxıllıq və digər xoş olmayan halların yaranmasına səbəb olur. Buna görə də azyaşlı uşaqların, xüsusilə yeniyetmələrin sosial şəbəkələrdə çox vaxt keçirmələri təhlükəlidir. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən qarşıya qoyduğumuz faydalı məqsədlər üçün istifadə edək. Sosial şəbəkələr bizdən yox, biz onlardan istifadə etməliyik. Yalnız bu halda onlardan faydalana bilərik.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi