VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi başlayır

12.02.2019 15:52 // Gənclər üçün
Fevralın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinə start verilir.
Bu barədə Youthportal.az-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir.
Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.
2018-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin qatılacağı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 15-dən 23-dək Bakı şəhəri ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərəcək.
Qeyd edək ki, beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 19, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Gürcüstan, Çex Respublikası, Almaniya, Serbiya, Hindistan, Bosniya və Herseqovina, Avstriya, Yaponiya, İspaniya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya, Bolqarıstan, San Tome və Prinsipi Demokratik Respublikası, Braziliya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbənin iştirak edəcəyi gözlənilir.
Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.
Qış məktəbi müddətində iştirakçıların BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri Tural Gəncəliyev və Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri ilə görüşü planlaşdırılır.
Tələbələrin Şəhidlər xiyabanına və Fəxri xiyabana, Qobustana, Atəşgaha, İçərişəhərə, “Şahdağ” Qış-Yay Turizm Kompleksinə, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə, Quba Soyqırımı Memorial Kompleksinə səfərləri və Qubada dağ yəhudilərinin kompakt yaşadıqları Qırmızı Qəsəbədə, Qusar rayonunun Laza kəndində yerli əhali ilə görüşləri, məscid, kilsə və sinaqoqları ziyarəti də nəzərdə tutulub.
Artıq ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.
Digər xəbərlər
Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar
18.02.2019 18:01 // Təhsil
ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq
18.02.2019 17:46 // Təhsil
Futbol üzrə Azərbaycan millisi yoxlama oyunu keçirəcək
18.02.2019 17:25 // İdman
“NatiqSən” layihəsinin bağlanış mərasimi keçirilmişdir (FOTO)
18.02.2019 16:50 // Gənclər üçün
Biologiyaya aid dərs vəsaiti nəşr olunub
18.02.2019 16:33 // Təhsil
Mərkəzi Elmi Kitabxananın oxucuları bir sıra məlumat bazalarında elektron resurslardan istifadə edə bilərlər
18.02.2019 16:00 // Təhsil
“Vikipediya”da Milli Qəhrəman Elman Hüseynov haqqında xarici dillərdə məqalələr yaradılıb
18.02.2019 15:40 // Cəmiyyət
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına 43 ölkədən 200-dən çox idmançı qatılacaq
18.02.2019 15:19 // İdman
UNEC “Pul qazanmaq xoşbəxtlikdir, başqalarını xoşbəxt etmək daha böyük xoşbəxtlikdir” şüarına qoşulacaq
18.02.2019 15:01 // Təhsil
“Böyük İpək Yolu” Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş bilik yarışması keçirmişdir (FOTO)
18.02.2019 14:44 // Gənclər üçün
Bakıda “Yer saatı” aksiyası keçiriləcək
18.02.2019 14:26 // Cəmiyyət
AzMİU-nun nümayəndə heyəti Londonda təlimlərdə iştirak edib (FOTO)
18.02.2019 14:07 // Təhsil
Sabah qar yağacaq, güclü külək əsəcək, şaxta olacaq
18.02.2019 13:44 // Cəmiyyət
Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri və şagirdlərlə görüşlər keçirilib (FOTO)
18.02.2019 13:31 // Təhsil
İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib
18.02.2019 13:16 // Təhsil
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərginin açılışında iştirak edib (FOTO)
18.02.2019 13:01 // Cəmiyyət
Yeniyetmə cüdoçularımız “European Cup 2019”da 4 medal qazanıblar
18.02.2019 12:44 // İdman
ADPU-da tanınmış metodist-alim Seyidağa Həmidovun xatirəsi anılıb (FOTO)
18.02.2019 12:28 // Təhsil
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019 12:13 // Təhsil
Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb
18.02.2019 11:58 // Təhsil
“Gənc əsgər” hərbi hazırlıq layihəsi (FOTO)
18.02.2019 11:42 // Cəmiyyət
“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Bərdə və Tərtər rayonlarında maarifləndirici tədbirlər keçirmişdir (FOTO)
18.02.2019 11:24 // Cəmiyyət
Avstriya rəsmisi Azərbaycan Dövlət Tərcümə Mərkəzində
18.02.2019 11:10 // Cəmiyyət
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib
18.02.2019 10:56 // Siyasət
İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanının nəticələri açıqlanıb
18.02.2019 10:44 // Təhsil
Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb
18.02.2019 10:27 // Formula 1
Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
18.02.2019 10:09 // Cəmiyyət
Sutka ərzində atəşkəs 26 dəfə pozulub
18.02.2019 09:42 // Qarabağ
“Qarabağ” komandası “Qəbələ”ni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb
18.02.2019 09:09 // İdman
İlahiyyat İnstitutunda qadının müasir cəmiyyətdə yeri və rolu müzakirə olunacaq
17.02.2019 15:01 // Təhsil