Ru
Bakı
USD
EUR
GBP
RUB

VI Ağıl Oyunları Festivalının seçim turları yekunlaşıb (FOTO)

news photo

12.02.2019 12:23 // Gənclər üçün

Azərbaycan Gənclər Fondunun dəstəyi və “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə VI Ağıl Oyunları Festivalının  seçim turları yekunlaşıb.

“Xəzər” İntellektual Gənclər Klubundan Youthportal.az-a bildirilib ki, “Nə? Harada? Nə zaman?” oyunu üzrə VI Ağıl Oyunları Festivalının keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, eləcə də intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Seçim turları dekabr-fevral aylarında Bakı şəhərində keçirilib. Seçim turlarında 300-ə yaxın gəncin təmsil olunduğu 50-ə yaxın gənclərdən ibarət komandalar iştirak edib. Seçim turlarında ən yaxşı nəticə göstərən komandalar fevralın 23-də Bakıda keçiriləcək final oyununa vəsiqə qazanıblar.

VI Ağıl Oyunları Festivalının finalında kubokun ənənəvi təsnifatı ilə yanaşı, regionlardan olan çox saylı komandalar üçün ayrıca təşkil olunacaq Regionlar Kuboku və “Xəmsə“ Milli intellektual Oyunu üzrə yarışlar da baş tutacaq.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Moskvada rekord isti qeydə alınıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi