Ru
Bakı
USD
EUR
GBP
RUB

“Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli qəhrəmanlara həsr olunmuş növbəti filmlər təqdim edilib

news photo

17.01.2019 13:42 // Cəmiyyət

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir.

Baş İdarədən Youthportal.az-a bildirilib ki, kino həftəsi çərçivəsində Mərdəkan Mədəniyyət Sarayında baş tutan tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Milli qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra kinorejissor Anar Şuşalının lentə aldığı Milli Qəhrəman Elxan Zülfüqarova həsr olunmuş “Ömrün qırx anı” və rejissor Behzad Əhmədovun lentə aldığı Milli Qəhrəman Rövşən Hüseynova həsr olunmuş “Döyüşə tələbələr gedir” filmləri tamaşaçılara təqdim edilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində isə kinorejissor Kamalə Musazadənin lentə aldığı Milli Qəhrəman Alı Mustafayevə həsr olunmuş “Alı zirvəsi” adlı film nümayiş olunub.

Filmlərin nümayişinə məktəb şagirdləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri tamaşa ediblər.

Qeyd edək ki, kino həftəsinin keçirilməsində əsas məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik göstərən Milli qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah da yağış, qar yağacaq

“BİR” könüllülərdən növbəti dəstək

Atəşkəs rejimi 25 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi