Ru
Bakı
USD
EUR
GBP
RUB

Vergilər Nazirliyinin daha bir elektron resursu istifadəyə verilib

news photo

11.07.2019 17:29 // Cəmiyyət

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində elektron kassaların istifadəsi ilə bağlı yeni bölmə yaradılıb.

Nazirliyin Media və kommunikasiya mərkəzindən Youthportal.az-a bildirilib ki, "E-kassa tətbiqi" adlanan bölmədən e-kassa operatorları üçün portala daxil olmaq mümkündür. Elektron kassa aparatlarının əldə olunması və istifadəsinə dair bütün məlumatlar “e-kassa.gov.az” sahifəsində yerləşdirilib.

E-kassa səhifəsindəki ilk bölmə bu sahə ilə bağlı qanunvericilik bazasıdır. Burada kassaların tətbiqi ilə bağlı qanun və qərarlar yer alıb. E-kassa haqqında bölmədə isə ümumi məlumatlarla yanaşı, onların növləri, tərkibi, istifadə xüsusiyyətləri və üstünlükləri barədə ətraflı informasiya təqdim olunub.

İstifadəçilər üçün nəzərdə tutulan bölmədə e-kassanın əldə edilməsi qaydaları, istismarı və əvəzləşdirilməsi şərtləri, eləcə də operatorlara texniki dəstək üsulları yer alıb. Səhifədə e-kassaların reyestri və modernləşdirilə bilən kassaların siyahısı üçün ayrıca bölmə yaradılıb. Digər bölmədə isə e-kassa operatorlarına dair tələblər, onların hüquq və vəzifələri verilib. Saytda e-kassalarla bağlı suallara cavab almaq mümkündür.

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi