Ru
Bakı
USD
EUR
GBP
RUB

Uşu üzrə dünya çempionatında Azərbaycanı üç idmançı təmsil edəcək

news photo

13.09.2019 18:27 // İdman

Oktyabrın 19-23-də Çinin Şanxay şəhərində keçiriləcək uşu üzrə XV dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

Azərbaycan Uşu Federasiyasından Youthportal.az-a verilən məlumata görə, ölkəmizi Şanxayda Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının bürünc və dünya çempionatının gümüş medal mükafatçısı Orxan Hətəmov (48 kq), dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov (56 kq), İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş mükafatçısı Ruslan Pirəliyev (65kq) təmsil edəcəklər.

Uşu üzrə yığma komandamız dünya çempionatına federasiyanın prezidenti və bas məşqçisi Azər Həsənsoyun və böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında hazırlaşır.

Beynəlxalq Uşu Federasiyasının vitse-prezidenti Antoni Qohun verdiyi məlumata görə, Çində keçiriləcək dünya çempionatında 80-ə yaxın ölkənin idmançıları iştirak edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi