Ru
Bakı
USD
EUR
GBP
RUB

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ərəfəsində “Port Baku Mall”da sürprizlər toplusu

news photo

29.05.2015 12:20 // Cəmiyyət

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ərəfəsində “Port Baku Mall”da bayram əhvalı yaşanır.

“Port Baku Mall” Ticarət Mərkəzindən verilən məlumatda bildirilir ki, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ərəfəsində “Port Baku Mall” TM-də rəssam Fərəh Əliyevanın tələbələrinin gəlinciklərindən ibarət müəllif sərgisi keçiriləcək. Mayın 31-i və iyunun 1-də saat 12:00 dən etibarən balaca qonaqları maraqlı əyləncəli proqram gözləyir: fokusçunun tamaşası, sabunlu köpük şou, veniamin-şou, robotlar və çoxlu sürprizlər.

Həmçinin iyunun 1-də foto müsabiqənin nəticələri elan olunacaq və qaliblər mükafatlandırılacaq.

Qeyd edək ki, “Port Baku Mall” mütəmadi olaraq öz müştəriləri üçün tədbirlər, sərgilər və layihələr təşkil edir.

“Port Baku Mall” ticarət mərkəzi irimiqyaslı “Port Baku” kompleksinin bir hissəsidir. Kompleksə həmçinin “Port Baku Residence” yaşayış kompleksi və “Port Baku Towers” biznes mərkəzi daxildir.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi