Ru
Bakı
USD
EUR
GBP
RUB

“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib

news photo

12.04.2018 11:43 // Cəmiyyət

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində “Yer günü”nə həsr olunmuş təlim keçirilib.

İctimai Birlikdən Youthportal-a bildiriblər ki, laboratoriya zamanı kiçik ekoloqlara “Yer günü” ilə bağlı geniş məlumat verilib, ətraf mühiti qorumağın sirləri, o cümlədən gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan vacib addımlar izah edilib. Daha sonra uşaqlar təlimçilərlə birgə “Yer günü”nün rəsmi simvolunu hazırlayıb və Yer kürəsi haqda maraqlı faktlar öyrəniblər.

Təlim müddətində planetimizin heyrətamiz gözəlliyi və onun mühafizəsi ilə bağlı qısametrajlı filmlər nümayiş olunub. Həmçinin uşaqlar yaşıllıqların qorunması və artırılması ilə bağlı təqdimatı izlədikdən sonra birgə dibçək gülləri əkərək, onlara qulluq göstəriblər. Daha sonra gənc ekoloqlar əyləncəli interaktiv oyunlarda iştirak etmək imkanı qazanıblar.

Aprel laboratoriyası uşaqlarda ətraf mühitin qorunmasının və onun gələcək nəsilllərə sağlam ötürülməsinin vacibliyi haqqında biliklər qazandırıb, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verib.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib.

IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən resurs mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48 ) əlaqə saxlamaq xahiş olunur.

Digər xəbərlər

Xəbər lenti

Zoologiya İnstitutu vakansiya elan edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi